Albaniya - Azərbaycan yoldaşlıq oyunundan öncə millimizin üzvü Mahir Emreli fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, hücumçu mətbuat konfransında bu sözləri səsləndirib:
“Rəqibin gücü bizə bəllidir. Avropa çempionatına hazırlaşdıqlarını bilirik. Keyfiyyətli oyunçulara malik komandadır. Albaniya millisini analiz etmişik. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq, xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bu bayraq altında mübarizə aparırsansa, rəsmi və ya yoldaşlıq görüşü olmasından asılı olmayaraq, qarşılaşmaların hamısı vacibdir. Albaniya yığmasının Avropa çempionatına hazırlaşması bizə əlavə motivasiya verir. Belə matçlar mənim üçün bayram kimidir. Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir. Həmçinin hansı formada olduğumuzu görmək baxımından da əhəmiyyətli görüş olacaq. Komanda olaraq məşqlərdə bütün gücümüzlə hazırlaşırıq”.
Qeyd edək ki, Albaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.